Hazırda 67 qazinin Türkiyədə müalicəsi davam etdirilir – Fond rəhbəri

Hazırda 67 qazinin Türkiyədə müalicəsi davam etdirilir.

Median.Az Trend-ə istinadən bildirir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu gün keçirilən mətbuat konfrasında deyib:

E.Hüseynovun sözlərinə görə, “YAŞAT” Fondu tərəfindən indiyə qədər Türkiyəyə müalicə üçün 76 qazi göndərilib”

“Qazilərdən 9 nəfəri müalicə olunaraq Vətənə geri dönüb, hazırda 67 qazimizin müalicəsi davam etdirilir”.

O qeyd edib ki, ağır yaralanmış hərbçilərin müalicə üçün ölkə xaricinə aparılması istiqamətində fondun fəaliyyəti davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *