Şəkidə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Baş Layısqı kəndində qeydə alınıb.

Şəki sakini, 59 yaşlı Eyvaz Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil, Gədəbəy rayonu Pərizamanlı kənd sakini 39 yaşlı Aftandil Məsmalıyevin idarə etdiyi TIR-la toqquşub. Nəticədə “VAZ-2106″da olan sürücü və sərnişin xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *