Cəlilabadda 61 yaşlı kişi intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1960-ci il təvəllüdlü Əmənov Nurəddin Həsən oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *