Bərdədə dayanacaqda saxlanılmış avtomobil anidən alovlandı

Bərdədə BMW markalı avtomobil yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Elçin Sahib oğluna məxsus 90-LV-709 dövlət qeydiyyat nişanlı avtomobil anidən dayanacaqda alışıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *