Fikrət Qoca ilə vida mərasimi olmayacaq – YENİLƏNİB

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca bu gün saat 16:00-da Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Oxu.Az-a açıqlamasında bildirib ki, pandemiya şəraitinə görə Xalq şairi ilə vida mərasimi keçirilməyəcək.

* * * * *

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Bu barədə Oxu.Az-a açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.

O qeyd edib ki, Fikrət Qoca bu gün dəfn olunacaq.

Xatırladaq ki, Fikrət Qoca bu gün 85 yaşında vəfat edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *