Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi

Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini “persona-non-qrata” elan edib.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.

Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.

“Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə “persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb”, – deyə nazirliyin saytındakı xəbərdə bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *