Çində helikopter qəzasında 4 nəfər ölüb

Çinin Yünnan vilayətində meşə yanğınlarının söndürülməsinə cəlb olunmuş helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Hadisə Dali şəhəri ərazisindəki Arhay gölündə baş verib. Helikopter yanğınsöndürmə əməliyyatı üçün göldən su götürəndə hələlik bilinməyən səbəbdən qəza olub.

Heyət üzvlərinin axtarış işlərinə 500-ə yaxın xilasedici cəlb olunub. Qəza nəticəsində helikopterin 4 heyət üzvündən ikisi yaralı vəziyyətdə tapılsa da, tibb işçilərinin səyinə baxmayaraq onları xilas etmək mümkün olmayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *