Azərbaycan-Rusiya sərhədində növbə yarandı

Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb.

Hazırda ərazidə 1 000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbəsini gözləyir.

Samur gömrük-keçid məntəqəsindən bildirilib ki, yaranan növbələr mövsümi xarakter daşıyır. Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur.

Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artırabilər. Keçid məntəqəsindən əlavə ediblər ki, ötən illərə nisbətən Rusiyaya keçmək istəyən yük maşınlarının sayında da artım var. // APA

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *