Saatlı sakini odlu silahını könüllü təhvil verdi

Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan TOZ-63 markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *