
Nəfəsalmada problem varsa, bu zaman burun çəpəri əməliyyatı tibbi xidmətlər zərfinə daxildir.
Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.
O bildirib ki, plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib:
“Vətəndaş burun çəpəri əməliyyatına İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində o zaman müraciət edə bilər ki, tənəffüs sistemində, nəfəsalmasında ciddi çətinliklər yaşasın. Estetik məqsədlə keçirilən əməliyyat bura aid deyil”.
Leave a Reply