21 min manatlıq oğurluq edən şəxs nəzarət kameralarını da özü ilə götürüb

Sumqayıtda oğurluq edən şəxs saxlandı.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21 250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd DVR, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2 000 metr elektrik naqil oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *