Amsterdamda silahlı şəxs yoldan keçənlərə hücum etdi: Ölən və yaralılar var

Niderlandın paytaxtı Amsterdamda bıçaqlı kişi insanlara hücum edib.

“Dutch News” portalı hüquq mühafizə orqanlarına istinadla bu barədə xəbər yayıb.

Bildirilir ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

Polis 29 yaşlı şübhəlini tutub.

Faktla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *