Taylandda itlər koronavirusa qarşı işə başladı

Taylandda öyrədilmiş “detektor itlər” yeni növ koronavirus epidemiyası ilə mübarizə çərçivəsində işə başlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, itlərin koronavirus xəstələrinin bədənindən gələn iyi müəyyən etməsi məlum olub.

Tədqiqatçıların koronavirus xəstələrinin qoltuq altınadan götürdükləri tər nümunələri ilə 95 faiz nəticə əldə ediblər.

Bildirilir ki, “detektor itlər” koronavirus xəstələrinin sürətli aşkarlanmasına kömək edəcək.

Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Hindistan da daxil olmaqla bəzi ölkələr, koronavirus xəstələrinin aşkarlanmasında xüsusi itlərdən faydalanmağa başlayıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *