“Atletiko” 11-ci dəfə İspaniya çempionu oldu

“Atletiko” klubu tarixində 11-ci dəfə İspaniya çempionu olub.

Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv buna La Liqanın sonuncu – XXXVIII turunda nail olub. Səfərdə “Valyadolid”ə 2:1 hesabı ilə qalib gələn “matrasçılar” xalını 86-ya yüksəldib.

Paytaxtın digər təmsilçisi “Real Madrid”i isə evdə “Vilyarreal”la 1:1 hesablı heç-heçə edərək, liderdən 4 xal geri düşüb və gümüş medala sahib olub.

Bürünc medalı isə bu tur səfərdə “Elçe”ni 1:0 hesabı ilə məğlub edən “Barselona” 79 xalla əldə edib.

Qeyd edək ki, “Atletiko” sonuncu dəfə 2013/2014 mövsümündə İspaniya çempionluğu qazanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *