Bakıda avtomobilin vurduğu 8 yaşlı uşaq xəstəxanda ölüb

Bakıda yol qəzası olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 21-də saat 20 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq mayın 22-də orada ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *