
28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzləri sayılan “15 İyul Şəhidlər”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.
“Haber Türk” məlumat verir ki, aksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə keçirilir.
Mayın 27-si və 28-i keçiriləcək aksiya zamanı dünyanın ən böyük meqapolislərindən olan İstanbulun Avropa və Asiya sahillərini birləşdirən körpülərində Azərbaycan bayrağının rəngləri əks olunacaq.

Leave a Reply