Konqoda vulkanın aktivləşməsi nəticəsində 61 zəlzələ qeydə alınıb

Konqo Demokratik Respublikasında Niraqonqo vulkanın püskürməsi nəticəsində son 24 saat ərzində azı 61 zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə yerli Seysmoloji xidmət məlumat yayıb.

Ardıcıl baş verən yeraltı təkanların vulkanın ərazisində davam edən maqmatik proseslərlə bağlı olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *