
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədov saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, şəxsi axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında dağlıq ərazidə gizlətdiyi 445 qram narkotik vasitə – qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Leave a Reply