Cəbrayılda maşın oğurlayan şəxs saxlandı

Cəbrayıl rayonunda VAZ-2106 markalı avtomobil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Cəbrayıl RPŞ-yə iyunun 2-nə keçən gecə şəhər ərazisindən Lənkəran rayon sakini T.Babazadənin VAZ-2106 markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *