Dünya çempionatı: Daha üç cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi -66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (-52 kq) tatami üzərinə çıxacaq.

Şıxəlizadənin ilk rəqibi Lusian Dumitresku (Rumıniya) olacaq. Səfərov isə mübarizəyə İrlandiya təmsilçisi Naton Börnsə qarşı görüşlə start verəcək.

Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitskaya-Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *