Xocavənddə zenit-raket kompleksləri, raketlər və mərmilər aşkar edildi – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 ədəd raket və 97 ədəd minaatan mərmisi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *