6 gün əvvəl itkin düşən şəxsin meyiti çaydan tapıldı

6 gün öncə itkin düşmüş gəncin meyiti çaydan tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax rayonunda baş verib.

Belə ki, Qax sakini, 1995-ci il təvəllüdlü Hüseyonov Elman Loğman oğlu iyunun 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu gün səhər saatlarında onun meyiti rayon ərazisindən keçən Hamam çayında tapılıb. Mərhumun atasının dediyinə görə o, iyunun 6-da İlisu kənd ərazisindəki dağ hamamına getmək üçün evdən çıxıb. Bu gün isə həmin çaydan onun meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *