Oğuzda qadın sürücü on yaşlı uşağı vurub

Oğuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Nur Babək qızı Məmmədova yaşadığı evin qarşısında qadın sürücünü idarə etdiyi avtomobil tərəfindən vurulub.

Yaralı kəllə-beyin travması ilə ilk olaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra vəziyyəti ağır olduğundan Mingəçevir şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *