Pele Ronaldunu təbrik etdi

Əfsanəvi braziliyalı futboçu Pele Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunu yeni rekord münasibətilə təbrik edib.

Sports.ru xəbər verir ki, ötən gün milli komandanın heyətində Fransa seçməsinə qarşı oyunda 109-cu qolunu vuran Ronaldu İran yığmasının keçmiş üzvü Əli Daeinin rekordunu təkrarlayıb.

“Yeni rekord münasibətilə təbrik edirəm. Sənə azarkeşlik edirəm”, – Pele “Instagram” vasitəsilə Ronalduya yazıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *