Yaponiya Marsın peykinə kosmik gəmi göndərməyə hazırlaşır – VİDEO

Yaponiya 2024-cü ildə Marsın Fobos peykinə kosmik gəmi göndərmə ehtimalını nəzərdən keçirir.

NHK-nın məlumatına görə, bu barədə Yaponiyanın Baş naziri Yosihide Sugi bəyan edib.

“Kosmos – insanlara xəyallar və ümidlər verən sərhəddir, eyni zamanda gələcəyin iqtisadiyyatı və cəmiyyətini dəstəkləyən təməldir. Bugünkü qərar əsasında lazımi tədbirləri gücləndirəcəyik”, – deyə o bildirib.

Kosmik gəminin Fobosa Yaponiyanın Aerokosmik Agentliyi (JAXA) tərəfindən göndərilməsi planlaşdırılır.

Marsın peykindən 2029-cu ilədək torpaq nümunələrinin alınması və dünyaya çatdırılması planlaşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *