Azərbaycanda ana və iki övladı dəm qazından zəhərlənib

Mingəçevir şəhərində ana və iki övladı dəm qazından zəhərlənib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

1987-ci il təvəllüdlü ana Vəsilə Yusifova və iki azyaşlı övladı yaşadığı mənzildə dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb və vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *