Türkiyədə karantin qadağaları yumşaldıldı

Türkiyədə iyulun 1-dən etibarən karantin qadağaları yumşaldılır.

“Hürriyet” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Yeni qaydalara görə futbol oyunları izləyicilərin iştirakı ilə keçiriləcək.

Gecə saatlarında (24:00-dan sonra) əyləncə məkanlarında musiqi qadağası qaldırılır.

Eyni zamanda, gözəllik salonları, kafelər və restoranlar kimi iş yerlərində qəzet istifadəsinə də icazə veriləcək.

Türkiyəli nazir bildirib ki, bütün qadağaları qaldırmağın tərəfdarıyıq.