Hacıqabulda motosiklet qəzaya uğrayıb

Hacıqabulda motosiklet qəzaya uğrayıb, sürücü ağır xəsarət alıb.

Median.Az APA-ya istinadən bildirir ki, Hacıqabul rayonunun Udulu qəsəbə sakini, 1999-cu il təvəllüdlü Əzizov Nahid Vahid oğlu idarə etdiyi motosikleti hasara çırpıb.

Nəticədə 22 yaşlı gənc ağır xəsarətlərlə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *