AVRO-2020-də ilk finalçı müəyyənləşir: İtaliya və İspaniya qarşı-qarşıya

Bu gün AVRO-2020-də turnirin yarımfinal mərhələsinə start veriləcək.

Turnirin əsas favoritlərindən olan İtaliya İspaniya ilə qarşılaşır.

Komandalar indiyədək 37 dəfə qarşılaşıb. Hər komanda 11 dəfə qələbə qazanıb, 15 dəfə isə heç-heçə qeydə alınıb.

Komandalar indiyədək Avropa çempionatlarında altı dəfə qarşılaşıb. Bunlardan 2-də İtaliya, 1-də İspaniya qalib gəlib, 3 matçda heç-heçə olub. İspaniyanın əsas vaxt hesabında qalib gəldiyi yeganə qarşılaşma 2012-ci ildə baş verib. Onda İspaniya qrupdakı ilk oyununda 1:1 oynadığı rəqibinə Kiyevdəki finalda 4:0 qalib gəlib və bununla da turnirin həlledici görüşlərində ən böyük hesablı qələbəyə imza atıb.

Bu iki komanda sonuncu dəfə 2017-ci ildə dünya çempionatının seçmə mərhələsində qarşılaşıb. İspaniya 3:0 qalib gəlib.

İtaliya millisində müdafiəçi Leonardo Spinatsola dabanında, İspaniya yığmasında yarımmüdafiəçi Pablo Sarabia bud nahiyəsindəki zədəyə görə oynaya bilməyəcək.

AVRO-2020

1/2 final

23:00 İtaliya – İspaniya

Baş hakim: Feliks Brıx (Almaniya)

London. “Uembli” stadionu

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *