Yevlaxda iki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib.

Hadisə Yevlax rayonu ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə digər avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Fatma Rüstəmova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *