Əfqanıstanda döyüşləri çəkən tanınmış fotoqraf öldürüldü

Əfqanıstanın cənubunda, Qəndəhar vilayətində “Reuters” agentliyinin foto-müxbiri, Pulitzer mükafatı laureatı Daniş Siddikui öldürülüb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qəndəhar valisinin sözçüsü məlumat yayıb.

Onun sözlərinə görə, son günlər D.Siddikui Qəndəharda baş verənləri işıqlandırırmış.

Əslən Hindistandan olan Daniş Siddikui Danimarka vətəndaşıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *