Şəmkirdə bir nəfərin su kanalında batdığı ehtimal edilir

Şəmkir rayonunda yerli sakinin su kanalında batdığı güman edilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Mahmudlu kəndində su kanalında çimən Kamil İsmayılovun batdığı ehtimal edilir.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və xilas edicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *