Türkiyədə silahlı insident olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda silahlı atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, bir qrup silahlı düşmən olduqları şəxslərə güllə ataraq hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *