Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə iyunun 30-na olan koronavirus statistikası açıqlanıb.

“Haber Global”ın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayı 22 mini ötüb.

Məlumata əsasən, son 24 saat ərzində 256 440 nəfərin COVID-19 testi yoxlanılıb. Günlük yeni yoluxma sayı 22 161 nəfər təşkil edib.

Həmçinin, sutka ərzində 69 nəfər koronavirusun qurbanı olub.

Bununla yanaşı, son 24 saatda ölümcül virusdan 5752 nəfər sağalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *