Azərbaycan idmanının “ağır artilleriya”sının rəqibləri müəyyənləşdi: Olimpiya çempionları üz-üzə

Azərbaycan idmanının “ağır artilleriya”sı sayılan güləşçilərimizin Tokio Olimpiadasında rəqibləri müəyyənləşib.

Üçqat Olimpiya mükafatçımız Mariya Stadnik (50 kq) yeni mübarizə həyəcanına Stalvira Orşuşla (Rusiya) başlayacaq.

Sərbəst güləşdə Olimpiya mükafatçımız Hacı Əliyev (65 kq) Adama Diatta (Seneqal) ilə güləşəcək. Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) isə ilk görüşdə son Olimpiya çempionu Abdulrəşid Sadullayevi (Rusiya) məğlub etməyə çalışacaq.

Qeyd edək ki, hər üç güləşçimiz sabah mübarizə aparacaq.

//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *