Valentino Rossi motosiklet yarışlarındakı karyerasını bitirir

İtaliyalı məşhur idmançı Valentino Rossi motosiklet yarışlarındakı karyerasını başa vurur.

O, bu barədə mətbuat konfransında bildirib.

42 yaşlı idmançının MotoGP-də son yarışı noyabrın 14-də Valensiya Qran-prisi olacaq. Rossi karyerasını WEC-də (Dünya Dözümlülük Çempionatı) davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, 2000-ci ildən MotoGP-də yarışan Velentino Rossi 7 dəfə çempion olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *