Tokio-2020: ABŞ millisinin finaldakı rəqibi bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında ikinci finalçı müəyyənləşib.

Yarımfinalın digər görüşündə Sloveniyaya 90:89 hesabı ilə qalib gələn Fransa millisi həlledici qarşılaşmada ABŞ seçməsinə rəqib olub.

Final və 3-cü yer uğrunda görüşlər avqustun 7-də baş tutacaq.

Qeyd edək ki, 15 qat olimpiya çempionu olan ABŞ millisi son 3 olimpiadanın qalibidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *