Yevlax-Bərdə yolunda qəza olub, 3 nəfər xəsarət alıb

Yevlax rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ” markalı minik avtomobilinin digər avtomobillə toqquşması nəticəsində 2019-cu il təvəllüdlü Əkbərzadə Cahid Pərviz oğlu, 1979-cu il təvəllüdlü Quliyev Rəşid Rövşən oğlu və 1987-ci il təvəllüdlü Gülər Ağakərim qızı Quliyeva xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *