Yasamalda II qrup əlil qonşusu tərəfindən döyüldü

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Okiyev Murad Nəsrəddin oğlu mübahisə zəminində qonşusu tərəfindən döyülüb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Zərərçəkənin II qrup əlil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *