Məşhur idmançı millimizə baş məşqçi təyin olundu

Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.

Bununla da o döyüş sambosunda karyerasını başa vurub. Ancaq Bəxtiyar MMA yarışlarında çıxışını davam etdirəcək.

Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *