Sinqapur vaksinasiyada kritik həddi keçdi

Sinqapurda koronavirusa qarşı tam vaksinasiya kursunu keçmiş əhalinin sayı 70 faizi keçib.

Bu barədə TASS yazıb.

“Əhalinin 70 faizinə peyvəndin hər iki dozası vurulub”, – deyə Sinqapurun Səhiyyə Nazirliyindən bildirilib.

Xatırladaq ki, bir çox alimlər koronavirus pandemiyasına son qoyulması üçün əhalinin 70-75 faizinin vaksinasiya olmasının zəruriliyini qeyd edirlər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *