Çeburaşkanın 55 illiyi münasibətilə ətir hazırlanıb

Rusiyada məşhur cizgi filmi personajı olan Çeburaşkanın 55 illiyi qeyd olunacaq.

TASS xəbər verir ki, bu münasibətlə xüsusi ətir hazırlanıb.

Onun təqdimatı avqustun 20-də baş tutacaq.

Həmçinin, həmin gün “Soyuzmultpark”ın media mərkəzində cizgi filmlərində çəkilmiş personajın orijinal kuklası nümayiş ediləcək.

Bununla yanaşı, mərkəzə bir ton portağal gətiriləcək. Belə ki, yazıçı Eduard Uspenskinin hekayəsinə görə, Çeburaşka məhz portağal qutusunda tapılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *