Millimiz iki oyununu Sumqayıtda keçirəcək

21 yaşadək futbolçulardan ibarət millimizin (U-21) Avropa çempionatının seçmə mərhələsindəki ilk ev oyunlarının yeri müəyyənləşib.

Milan Obradoviçin yetirmələri oktyabrda baş tutacaq hər iki matçı Sumqayıtda keçirəcək.

Yığmamızın qarşılaşmaları “Kapital Bank Arena”da baş tutacaq. Komandamız oktyabrın 8-də Xorvatiya, 12-də Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, U-21 millimiz seçmə mərhələyə səfər matçları ilə start verəcək. Komandamız sentyabrın 2-də Xorvatiyanın, 7-də Avstriyanın qonağı olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *