Bakıda 23 yaşlı gənc motosikletlə qəza törədib xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Kamallı Tural Asim oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobilə çırpılıb.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuğun və sol incik sümüyünün sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *