Azərbaycan PUA-ları və silahları beynəlxalq sərgidə nümayiş olunur

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.

Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1 000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *