Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti kart sisteminə keçir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sabahdan 130 nömrəli marşrut xətti ( Bakı Beynəlxalq Avtovağzal Kompleksi – Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *