Bakıda 58 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Aeroport yolunun Suraxanıya aid hissəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 1963-cü il təvəllüdlü Həsənova Qəndab Əli qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *