Gəncədə qəza olub: Xəsarət alanlar var

Gəncədə xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

VAZ-2107 markalı minik maşını başqa bir avtomobillə toqquşduqdan sonra yol kənarındakı ağaca və səkiyə çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Hadisə yerinə təcilli tibbi yardım xidməti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *