Gürcüstanda son sutkada COVID-19-dan 74 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 901 yoluxma halı qeydə alınıb, 74 nəfər ölüb.

Median.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 510 941, xəstəlikdən ölənlərin sayı isə 6 723 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 443 763 nəfərin sağaldığı bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *