Tramp Baydenə Əfqanıstandakı səhvlərə görə üzr istəməyi təklif etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz xələfi Baydenə Əfqanıstandakı təxliyə prosesində buraxılan səhvlərə görə üzr istəməyi təklif edib.

TASS xəbər verir ki, eks-prezident ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını kapitulyasiya adlandırıb.

“Baydenin dövründə Əfqanıstan: bu evakuasiya deyil, kapitulyasiyadır. Əfqanıstandan vətəndaşların təxliyəsindən öncə ABŞ qoşunlarının çıxarılması tarixdəki ən böyük taktiki səhvdir. Görəsən o, buna görə üzr istəyəcəkmi?”, – deyə Tramp siyasi rəqibinə sual ünvanlayıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *